02.06.2016

Respublika günü”nə həsr olunmuş estafet 4x100 metr məsafəyə qaçış yarışı keçirilib

27 may 2016-cı il tarixdə Heydər Əliyev adına park-bulvarda Bərdə Rayon Təhsil Şöbəsi və Bərdə rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında (oğlanlar və qızlar) “28 may Respublika günü”nə həsr olunmuş estafet 4x100 metr məsafəyə qaçış yarışı keçirilmişdir.Yarışda rayonun 8 məktəbin komandası iştirak etmişdir.Cəmi: 64 nəfər.

Yarışın yüksək səviyyədə keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi üçün 6 nəfərdən ibarət tərkibdə hakimlər heyəti təyin edilmişdir.                                                

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov, Təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək  ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə və idmanın  inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdılar və qeyd etdilər ki, sevindirici haldır ki, yarışı keçirdiyimiz bu park-bulvar Ulu Öndərin adını daşıyır və onun bu uzaqgörən müdrik siyasəti bu gündə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Yarışın baş hakimi Tahir Quliyev  idmançıları  qarşıdan gələn “28 may- Respublika günü”  münasibətilə təbrik etdi və yarışın keçirilmə qaydaları ilə  bağlı məlumat verdi.

Gərgin mübarizə şəraitində keçən yarışda göstərilən nəticələrə görə yerlər aşağıdakı kimi müəyyən olunmuşdur:

                            Oğlanlardan ibarət komandalar  arasında:

1.I yer       - N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin komandası

2.II yer      - N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin komandası

3.III yer     - T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəb

                            Oızlardan ibarət komandalar  arasında:

1.I yer        - N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin komandası

2.II yer       - T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəb

3.III yer      - Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin komandası

Yarışın keçirilmə vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır.

Qalib komandalar Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomaları ilə təltif olunmuşlar.