IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.
Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Balakən Olimpiya İdman Kompleksində sərbəst güləş, İsmayıllı Olimpiya İdman Kompleksində atletika, Şəmkir Olimpiya İdman Kompleksində karate və cüdo, Xaçmaz Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində boks, Sumqayıt Olimpiya İdman Kompleksində taekvando, Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib.
1300 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Zaqatala, atletika idman növü üzrə I yerə İsmayıllı, II yerə Göyçay, III yerə Ağsu, karate idman növü üzrə I yerə Gəncə, II yerə Ağstafa, III yerə Bərdə, cüdo idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Yevlax, basketbol idman növü üzrə I yerə Abşeron, II yerə Xaçmaz, III yerə Sumqayıt, boks idman növü üzrə I yerə Binəqədi, II yerə Yasamal, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Sumqayıt, II yerə Quba, III yerə Qusar, stolüstü tennis idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Hacıqabul, bədii gimnastika idman növü üzrə I yerə Yasamal, II yerə Səbail, III yerə Sabunçu rayon və şəhərlərin komandaları layiq görülüb.
Qaliblər diplom və medallarla təltif edilib.
Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.
Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.
Yarışlar aprelin 26-da başa çatacaq.