Tələbə adınız mübarək Bərdə gəncləri. 30.08.2017-ci il tarixində 2016-2017-ci tədris ilində BƏRDƏ TƏHSİLİNİN UĞURLARI olaraq tələbə adını qazanmışlarla Bərdə Rayon Mədəniyyət evində şörüş keçirildi. İlk öncə Bərdə ziylıları və tələbə adını qazanmışlarla birlikdə Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçəklər qoyuldu. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, RİH-nin müavini Fəqət Şadlinski, RTŞ-nin müdiri Rzaqulu Şərifov, Rayon ziyalıları və valideyinlər iştirak ediblər.
İlk öncə Azərbaycanın Dövlət himni sələdirildi. Bərdə Təhsilində müəllimlərimizin əməyi nəticəsində böyük uğur əldə olunmuşdur. 484 nəfər Bərdəli tələbə adını qazanmışdır. 33 nəfər 600-dən, 72 nəfər 500-dən yuxarı nəticə göstərmişdir. İki nəfər orta məktəbi qızıl medalla və həmin məzunlar 695 bal və bir nəfər 681 bal toplayaraq Prezident təqayüdünə namizəd olmuşdur. Qeyd edək ki, Bərdə gənclərinin 27 nəfəri Azərbaycan Tibb Universitetinə, 15 nəfəri BDU-nə, 15 nəfəri Xüsusi Təinatlı məktəblərə və sairə qəbul olub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev cənabları tədbirin sonunda məzunların hər birini təbrik edərək hədiyyələr təqdim edib.