09.09.2017

Bərdə Rayon  ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin sentyabr konfransı keçirildi.

    Təhsil işçiləri əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.

     Rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. Rzaqulu Şərifov  “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.   

    2016-2017-ci dərs ilidə rayonun IX sinifndə 1822 nəfər şagird təhsil almışdır.Onlardan 87 nəfəri arayış əsasında məktəbdən getmiş, 47 nəfəri imtahanlarda iştirak etməmişdir.İmtahanda iştirak edən 1688 nəfər şagirddən 60 nəfəri fərqlənmə attestatı, 1628 nəfəri adi nümunəli attestat almışlar.

    Təhsil Nazirliyinin təlimati məktubuna əsasən IX sinif şagirdlərinin  iki mərhələdə imtahan vermələri ilə bağlı RTŞ-si tərəfindən məktəb direktorlar və direktor müavinləri ilə yanvar ayında, ana dili və riyaziyyat müəllimləri ilə fevral ayında təlimati seminar keçirilmiş, onlara tapşırılmışdır ki, IX sinif şagirdləri, valideynlər və icimaiyyətin nümayəndələri ilə maarifləndirmə tədbirləri aparsınlar. RTŞ-si əməkdaşları məktəblərdə keçirdiklən həmin tədbirlərdə iştirakı təmin edilmişdir. Rayonun məktəbləri yanvar ayından başlayaraq ayda iki dəfə IX və XI siniflərdə sınaq imtahanları keçirmişlər. DİM-nin yekun qiymətləndirməsinə əsasən IX sinif üzrə imtahanda iştirak edən 1688 nəfər məzunun 1066 nəfəri, yəni 63,1 faiz hər iki fəndən müsbət qiymət almışlar.”3” qimət alanlar 561 nəfər, yəni 33,2 faiz, “4” qiymət alanlar 325 nəfər, yəni 19,2 faiz, “5” qiymət alanlar 180 nəfər, yəni 10,7 faiz təşkil etmişdir.Keçən il müsbət qiymətlər alanlar 57,74 faiz təşkil etmişdirsə, bu il bu rəqəm 63,1 faizə yüksəlmişdir. Lakin IX və XI siniflərin buraxılış imtahanlarının yekun qiymətləndirilməsində Ana dili, riyaziyyat və xarici dil fənlərindən “2” və “3” qiymət alanların coxluq təşkil edən məktəblərimiz də vardır.Belə məktəblərdən Qarayusifli, Məmmədli, Lənbəran, Qaradırnaq, 2 saylı Hacallı tam orta, Mollagüllər, Qaratəpə və Qazaxlar ümumi orta məktəbləri misal göstərmək olar. Həmin məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənn metodbirləşmələrinin rəhbərləri şagirdlərə təlim keyfiyyətinin yüksəldilməsi sahəsində müəllimlər üzərində məsuliyyəti artırmalı, müəllimlərin dərslərini mütəmadi dinləməli, təhlil etməli və tədris prosesində yeni texnologiyalarından istifadə bacarığını onlara öyrətmkdə əməli köməklik göstərməlidirlər.

    2017-2018-ci tədris ilində məktəblərin maddi-texniki bazası və kadr potensialı nəzərə alınmaqla təmayül siniflər təşkil olunacaq tam orta məktəblər müəyyənləşdirilmiş, rayonun 59 tam orta məktəbi üzrə 6 məktəbdə (şəhər 1, 6, Xanqaraqoyunlu, Yeni Əyricə, Yeni Daşkənd, Qaradırnaq kənd tam orta məktəblərində) yalnız təmayül siniflər, 9 məktəbdə (Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey, şəhər 3,4,5,7,8, Qaradəmirçi, Kətəlparaq, Mustafaağalı kənd tam orta məktəblərində) həm təmayül, həm də adi siniflər, 44 məktəbdə isə adi siniflər fəaliyyət göstərəcəkdir.

    2016-2017-ci tədris ilində IX sinifdə təhsil alan 1822 nəfər məktəblidən 110 şagird olmaqla 5 sinif texniki, 135 şagird olmaqla 6 sinif riyaziyyat-iqtisadiyyat, 49 şagird olmaqla  2 sinif hümanitar, 90 şagird olmaqla 4 sinif təbiət, 47 şagird olmaqla 2 sinif kombinə olunmuş riyaziyyat-iqtisadiyyat-hümanitar təmayül təşkil edilmişdir. Azərbaycan bölməsinin 1032, rus bölməsinin 24 şagirdi   təhsillərini adi siniflərdə davam etdirəcəklər.

    2016-2017-ci dərs ilidə rayonun İnteqrasiya təlimli İnternat tipli kimnaziyanın şagirdləridə daxil olmaqla XI sinfində 1357 nəfər şagird təhsil almışdır.Onlardan 17 nəfəri  arayış əsasında məktəbdən getmiş, 23 nəfəri imtahanlarda iştirak etməmişdir.XI sinfi 1317 nəfər bitirərək attestat almışdır ki, onlarda 2 nəfəri Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin XI sinif məzunu  Mikayılov Ayxan Arif oğlu, şəhər 5 nömrəli tam orta məktəbin XI sinif məzunu  Cavadzadə Fəhmin Hidayət oğlu “Qızıl medal”a layiq görülmüş, 10 nəfər məzunumuz fərqlənmə attestatı almışlar.1305 nəfər məzunumuz adi nümunəli attestat almışdır.

    Məktəbəhazırlıq qrupunun şagirdləri istisna olmaqla  rayon üzrə 21151 nəfər şagirdin 5521 nəfəri, yəni 26,1 faizi əla qiymətlərlə oxuyurlar.Rayon üzrə əlaçı şagirdi olmayan məktəbimiz yoxdur.

    Dərs ilində 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir ki, həmin müəssisələrdə 1068 nəfər şagird təhsil almışdır. Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən məktəbdənkənar müəssissələrin birləşdirilməsi nəzərdə tutulduğundan onların fəaliyyəti hələlik dayandırılmışdır.

    Dərslik özünün funksiyasına görə tədris resusları içərisində xüsusi yer tutur.Ümumtəhsil məktəbi şagirdlərinin inkişafının istiqamətləndirilməsi və təmin olunmasında onun inkişafına daha çox istinad edilir.Təhsil islahatlarının həyata keçirildiyi hazırkı şəraitdə dərsliyin keyfiyyətinin yüksəldilməsi sahəsində siyasət davam etdirilir.2017-2018-ci dərs iliniə ölkənin ümumtəhsil məktəblərinin X snifləri üçün dərsliklər yenidən nəşr edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirinin 4 avqust 2017-ci il tarixli 244 nömrəli “Dövlət ümumi təhsil müəssisələrinin 2017/2018-ci tədris ilinə dərslik və müəllim üçün metodik vəsaitlərilə təminatı işinin təşkili haqqında” əmrinə uyğun olaraq  rayonun məktəblərinə 105 adda 60968 ədəd dərslik və 56 adda 3183 ədəd müəllim vəsaitləri 5 sentyabra şagirdlər və müəllimlərə çatdırılmışdır.

    Təhsil Nazirliyi tərəfindən aprel 2017-ci ildə rayonda keçirilən müəllimlərin Dioqnostiq Qiymətləndirilməsində rayonun 2623 nəfər müəllimi iştirak etmişdir.Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi Həsənova Xuraman Hilal qızı, İteqrasiya təlimli  internat tipli gimnaziyanın ingilis dili müəllimi Əsgərova Şəhla Həsən qızı maksimum 60 bal toplayaraq rayon birincisi olmuşlar.

    “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq fənn olimpiadalarının rayon mərhələsində 318 nəfər IX-XI sinif şagirdləri 9 fənn üzrə iştirak etmiş, onlardan 50 nəfəri Respublika mərhələsinin I turunda iştirak etmək hüqüqu qazanmışdır. Olimpiadaların Respublika mərhələsinin I turunda iştirak edən 50 nəfər şagirddən 6 nəfəri  Respublika turuna vəsiqə qazanmışlar.Onlardan şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Muradov Təhmin Hidayət oğlu biologiya fənnindən I yerə çıxaraq qızıl medala, Cavadzadə Fəhmin Hidayət oğlu biologiya  fənnindən II yerə çıxaraq gümüş medala,  Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin XI sinif şagirdi Mikayılov Ayxan Arif oğlu kimya fənnindən III yerə çıxaraq bürünc medala, Şahvəlilər kənd tam orta məktəbin IX sinif şagirdi Əmirov Teymur Cingiz oğlucoğrafiya fənnindən II yerə çıxaraq gümüş medala layiq görülmüşlar. Şahvəlilər kənd tam orta məktəbin VII sinif şagirdi Babayev Hüseyn Akif oğlu kimya fənnindən I yerə layiq görülərək qızıl medala layiq görüılmşdür.

    Görülmüş  tədbirlərin  nəticəsidir ki,  müəllimlərimiz  möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının  təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıya, ayırdığı diqqətə layiqli uğurlarla  cavab vermiş, 2016-2017-ci tədris ilində əldə olunmuş nailiyyətləri daha da  yüksəldə bilmişlər. Belə ki, attestat alanlardan, yəni 1317 nəfərdən  794 nəfəri, yəni 61 faizi ali məktəblərə qəbul üçün sənəd vermişdir. Ali məktəbə qəbul üçün sənəd verənlərdən 492 nəfəri, yəni  70 faizi ixtisaslar üzrə keçid balını toplamış, sənəd verənlərdən 105 nəfəri 500-dən yuxarı bal toplamışlar. Onlardan 33 nəfəri (ötən il 31) 600-dən, 72 nəfəri 500-dən yuxarı bal toplamışlar. Ümumilikdə bu il ali məktəbə qəbul olanların sayı 469  nəfər olmuşdur.  Orta ixtisas məktəblərinə 144 nəfər qəbul olunmuşdur. 2016-cı ildə 82 nəfər 500-dən yuxarı bal toplamışdırsa, 2017-ci ildə 500-dən çox bal toplayanların sayı 106 nəfər olmuşdur ki, onlardan 33 nəfəri 600-dən yuxarı nəticə göstərənlərdir. Ali məktəbə qəbul üçün sənəd verənlər 2 nəfər məzunlar Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin XI sinif məzunu  Mikayılov Ayxan Arif oğlu 695bal, şəhər 5 nömrəli tam orta məktəbin XI sinif məzunu  Cavadzadə Fəhmin Hidayət oğlu 695 bal toplayaraq Prezident təqaüdünə namizət olmuşlar.

    Tədbirdə iştirak edən Azərbaycan   Respublikasının  Təhsil  Nazirliyinin Məktəbəqədər və ümum təhsil şöbəsinin  müdiri Aydın Əhmədov çıxış edərək  təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.

    Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.

    Tədbirin sonunda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.