16.11.2017

Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq” aksiyasına qoşulublar  

Bərdə şəhər ümumtəhsil məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulub.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Bərdə məktəbliləri  səhər saatlarında ölkənin şimal bölgəsinə yola düşüblər. Onları   şəhər Təhsil İdarəsinin əməkdaşları və valideynlər yola salıblar.

Şagirdlər payız tətili ərəfəsində Quba, Qusar və Xaçmaz rayonlarında olacaq, bölgənin tarixi abidələri, istehsal müəssisələri ilə tanış olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ərtaflı məlumat qazandırmaqla yanaşı, məktəblilər arasında əlaqələrin qurulmasına, onların vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsinə, dünyagörüşünün formalaşdırılmasına, tədrisdə əldə etdikləri  nəzəri biliklərin möhkəmləndirilməsinə müsbət təsir edəcək.

Məktəblər arası bilik yarışı keçirilmişdir. Rayonumuzu təmsil edən "Hərum" komandasi bütün rəqiblərini məğlub edərək birinci yer tutmuşdur. 

 


Açar sözlər: ,  ,