Bərdə şəhəri üzrə Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrində 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. Ümumtəhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr edilmiş konfrans, "Dəyirmi masa", seminar və mühazirələr təşkil edilib. Bundan əlavə 17 noyabr 2017-ci il tarixində şagirdlər arasında "Xalqın, Vətənin taleyi hər bir gəncin taleyinə çevrilməlidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə yer tutan şagirdlər mükafatlandırılıb.