08.02.2018

 "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi təcrübəsindən: reallıqlar və perspektivlər" mövzusunda zona müşavirəsi

 

Bərdə rayonunda Təhsil Nazirliyinin vasitəçiliyi ilə "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi təcrübəsindən: reallıqlar və perspektivlər" mövzusunda zona müşavirəsi  keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri  Aydın Əhmədov başda olmaqla nazirliyin digər nümayəndələri və ətraf 4 rayon müəllimlərini təmsil edən 130-dan çox nümayəndə (RTŞ müdirləri, metodistlər, məktəb direktorları və müəllimlər) iştirak edirdi. Müşavirədən sonra keçirilmiş "Dəyirmi masa" da  dinlənilmiş dərslər barədə rəylər, məzmun standartlarının və fənn proqramlarının, fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, fənlər üzrə şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması, habelə dərsliklər və təlim texnalogiyaları barədə mülahizələr yürüdüldü, rəy və təkliflər verildi.


Açar sözlər: