16 yanvar 2018-ci il tarixdə RTŞ-nin iclas zalında metodist Anar Baxşalıyevin rəhbərliyi ilə "Kurikulumun tətbiqi və yeni təlim metodlarından istifadə qaydaları" mövzusunda riyaziyyat fənni üzrə seminar keçirildi. İclasda Bərdə RTŞ-nin Metodiki Xidmət Mərkəzinin direktoru Xuraman Qurbanova RTŞ-nin metodistləri Sevil Məmmədova, Zövqiyyə Hümbətova və rayonun ümumtəhsil məktəblərinin 32 nəfər riyaziyyat fənni üzrə metodbirləşmə rəhbərləri və müəllimlər iştirak edirdilər.
Çıxışlar zamanı yeni təlim metodlarının (kurikulumun) tətbiqindən, İKT-dən istifadə qaydalarından və metodbirləşmə rəhbərlərinin vəzifələrindən danışıldı, müəllimlərə tövsiyyələr verildi.