Yanvarın 25-də Bərdə rayonu F.Muradov adına şəhər 7 nömrəli tam orta məktəbdə Bərdə Rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “2 fevral-Gənclər günü”nə həsr olunmuş “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib. Çempionatda rayonun 14 məktəbinin (9 şəhər,5 kənd) komandaları iştirak edib.
Yarışın yüksək səviyyədə keçirilməsi və cavabların qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə müsiflər heyəti təyin edilmişdir:
1. Anar Baxşəliyev - Təhsil şöbəsinin metodisti- -sədr
2. Avtab Cəbrayılova - Gənclər və İdman idarəsinin aparıcı- məsləhətçisi -üzv
3. İsmayıl Abdullazadə - Gənclər və İdman idarəsinin aparıcı- məsləhətçisi -üzv
4. Namaz Kərimov - Fəal gənc - üzv
5. Nəsibə Kərimova - Fəal gənc - üzv
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehparə Mustafayeva açaraq iştirakçıları salamladı, qonaqları təqdim etdi və komandalara uğurlar arzuladı. Bərdə rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Avtab Cəbrayılova çıxış edərək bu günkü yarışın məqsədini açıqladı, bütün iştirakçıları qarşıdan gələn “2 fevral-Gənclər Günü “ münasibətilə səmimi qəlbdən təbrik etdi və qısa olaraq bu günün tarixi barədə məlumat verdi. Qeyd etdi ki, artıq 21 ildir ki, respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunan “2 fevral –Respublika Gənclər günü” ümummilli liderimiz Heydər Əliyevin gələcəyinə böyük inam və ümid bəslədiyi Azərbaycan gəncliyinə olan böyük sevgisinin,diqqət və qayğısının bir təzahürü və hədiyyəsi idi. Bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, bu gün də, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclərimiz daima onlara göstərilən bu diqqətdən bəhrələnir və inkişaf edirlər.
Rayon Təhsil Şöbəsinin metodisti Anar Baxşəliyev çıxış edərək iştirakçıları qarşıdan gələn “2 fevral-Gənclər Günü “ münasibətilə təbrik etdi, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı və sonda komandalara uğurlar dilədi.
Yarışın aparılması və sualların verilməsi müsiflər heyətinin üzvü, fəal gənc Namaz Kərimov tərəfindən həyata keçirilib. Yarış əsasnaməyə uyğun olaraq 1 mərhələdə keçirilmişdir. Komandalara 36 sual verilib. Hər düzgün sual 1 balla qiymətləndirilib. Yekunda qalib gələn komandalar mükafatlandırılıb.