Fevralın 21-də Metodiki Xidmət Mərkəzinin təşkilatçılığı ilə şəhər 8 nömrəli tam orta məktəbin iclas zalında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə RTŞ-nin müdiri R.Şərifov, Metodkabinetin işçiləri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.
Giriş sözü ilə çıxış edən RTŞ-nin müdiri R.Şərifov bildirib ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Digər çıxış edənlər bildiriblər ki, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır
Tədbirdə şagirlər hazırladıqları kompazisiyalarla çıxış ediblər.