22.02.2018

”Xocalı soyqırımı heç vaxt unudulmayacaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Fevralın 22-də şəhər 6 nömrəli məktəbdə Xocalı faciəsinin iyirmi altıncı ildönümününə həsr edilmiş ”Xocalı soyqırımı heç vaxt unudulmayacaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərindən 62 nəfər şagird iştirak edib.

              Müsabiqənin məqsədi gələcək nəslin vətənpərvər ruhda böyüməsində, düşmənə nifrət hissinin formalaşmasında, Xocalı soyqırımının şagirdlərin yaddaşlarına həkk olunmsında, şagirdlər arasından aktiv yeniyetmələri seçib onların gələcəkdə daha böyük ugurlar qazanmasında müəyyən bir rol oynaya bilməkdir.