26.02.2018

"Xocalıya ədalət" adlı tədbir keçirilib

Bərdə rayon Əmirli kənd tam orta məktəbdə Xocalı faciəsinin 26 ildönümünə həsr olunmuş "Xocalıya ədalət" adlı tədbir keçirilib.

Tədbir zamanı “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat verilib.

Bildirilib ki, kampaniyanın dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı tədbirlər keçirilib, geniş təbliğat-təşviqat işi aparılıb. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.

Tədbirdən sonra şagirdlər kənd məzarlığında dəfn olunmuş Xocalı şəhidi Dilarə Nurəliyevanın qəbrini də ziyarət ediblər.

 


Açar sözlər: ,  ,