Fevralın 27-də Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə yazın ilk çərşənbəsi olan su çərşənbəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə şagirdlər Novruz bayramının adət-ənənələri haqda məlumat verib. Su çərşənbəsinə aid şeirlər söylənilib, inanclar qeyd edilib, atalar sözləri və bayatılar ifa edilib. Tədbir Novruzun simvolu olan tonqalın yandırılması ilə davam edib. Milli rəqslər, şən musiqilər tədbirə gözəllik qatıb.