28.02.2018

“Hərəyə bir ağac əkək, təbiəti qoruyaq” şüarı altında ağacəkmə aksiyası

               

                Rayonumuzun ümumtəhsil məktəblərində Novruzun gəlişi ilə bağlı iməclik və ağacəkmə aksiyaları davam edir.

                Fevralın 28-i Bərdə rayon Şirvanlı kənd tam orta məktəbin müəllim və şagirdləri də “Hərəyə bir ağac əkək, təbiəti qoruyaq” şüarı altında ağacəkmə aksiyası keçiriblər. Müəllimlərin iştirakı ilə şagirdlər məktəbyanı sahədə 150-dən çox ağac əkiblər.

                İştirakçılar ağac əkməklə yanaşı, məktəbin ərazisində təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

                Ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

                Aksiyalar zamanı ümumi təhsil müəssisələrinin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilir, bitkilərə aqrotexniki qulluq göstərilir.

                Məktəblərdə ağacəkmə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 


Açar sözlər: ,  ,