01.03.2018

1 mart-“Ümumdünya Mülki Müdafiə Günü”

    Martın 1-i Bərdə rayonu H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbdə “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib.

    Açıq dərs formatında keçirilən tədbirdə məktəbin GÇH müəllimi Rəfiyev Musa “Ümumdünya Mülki müdafiə günü”nə həsr olunan tədbirin şagirdləri maarrifləndirmək məqsədilə keçirildiyini bildirib.

    Tədbirdə Mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, Mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrindən danışılıb, laboratoriya avadanlıqları və texnikaları, zəhərləyici maddələrdən qorunma vasitələri haqqında məlumat verilib, onların nümayişi keçirilib.

    Daha sonra Rəfiyev Musa 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə VII sinif şagirdlərinə fövqəladə hallar zamanı davranış qaydaları haqqında təlimat verib, şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb. Təqbir zamanı 112 çağrı mərkəzinə hansı hallarda müraciət lazım olduğu izah edilib. Tədbir iki hissədən - nəzəri və praktiki hissədən ibarət olub.

 

 

 


Açar sözlər: ,  ,  ,