01.03.2018

Mülki Müdafiə Günü ilə bağlı Bərdə rayon Gülgəzli kənd tam orta məktəbdə keçirilən tədbirdən

 

         Mülki Müdafiə Günü ilə bağlı Bərdə rayon Gülgəzli kənd tam orta məktəbdə keçirilən tədbirdə öncə əlamətdar günün tarixinə nəzər salınıb. Xatırladılıb ki, “Ümumdünya Mülki Müdafiə Günü” 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir.

           Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

          Tədbirdə şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Şərti olaraq zəlzələ baş verən ərazidən şagirdlərin köməyi ilə yaralılar təxliyə edilib. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Şagirdlərdən ibarət digər qrup isə başvermiş yanğın hadisəsinin və insan tələfatının qarşısını almağa çalışıblar. Müəyyən vasitələrdən istifadə etməklə yanğın hadisəsinin də qarşısı alınıb. Məktəblilərin nümayiş etdirdikləri bacarıqlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,