05.03.2018

Şəhid Yasif Kərimovun doğum gününə həsr edilmiş anım tədbirindən

    Martın 2-də Yenidaskənd tam orta məktəbdə kəndin ilk şəhidi və məktəbin adını daşıdığı Yasif Fəzi oğlu Kərimovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Elgün Qocamanov çıxış edib. O bildirib ki, Yasif Kərimov 1973-cü il mart ayının 3-də Bərdə rayon Yenidaşkəd kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirib və elə həmin il Ağdərə rayonu istiqamətində gedən döyüşlərə qoşularaq bir neçə ay ağır əməliyyatlarda iştirak edib və avqustun 23-də Dranbom kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Anım tədbirində valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

    Şagirdlərin ifasında Yasif Kərimova həsr edilmiş bədii kompozisiya, şəhidlərimiz haqqında səhnəciklər, eyni zamanda şeir və mahnılar səsləndirilib. 

 

 

 


Açar sözlər: ,  ,  ,