Martın 2-də Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günlərinin təşkil edilməsinin əsas məqsədi məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır.
Beş müəllimin nümunəvi dərsinin təqdim olunduğu “Açıq qapı” günündə RTŞ-nin Metodiki Xidmət Mərkəzinin direktoru, metodistlər, valideynlər və digər məktəblərin fənn müəllimləri dərsləri izləyiblər.
Açıq qapı günləri təkcə dərslərin izlənilməsi prosesi deyil, eyni zamanda istedadlı uşaqların üzə çıxarılması ilə bağlı görülən işlərlə də tanış olmaqdır. Bu cür “Açıq qapı” günlərinin ardıcıl olaraq hər ay iki məktəbdə təşkil edilməsi planlaşdırılıb.