Yanvarın 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 5 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinə əsasən Bərdə, Ağdam və Tərtər RTŞ-lərinin nümayəndələri "Pedaqoji əmədaşlıq əlaqələrinin yaradılması və qarşıda duran vəzifələr" mövzusunda Bərdə RTŞ-də “Dəyirmi masa” ətrafında görüş keçiriblər.
"Dəyirmi masa"da təcrübə mübadilələrinin təşkili, qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş metodları ilə tanışlıq, qarşılıqlı pedaqoji dəstək tədbirləri həyata keçirilməsi, təhsildə keçirilən bütün tədbirlərdə gənclərin fəal iştirakına şərait yaratmaq, istedadlı şagirdlərin aşkara çıxarılması, onların dəstəklənməsi və sair məsələlər müzakirə olunub.
Görüşdə görüləcək işlərlə bağlı “Tədbirlər planı” hazırlanıb və təstiqlənib.