09.03.2018

Bərdə, Tərtər və Ağdam RTŞ-lərinin nümayəndələri "Pedaqoji əməkdaşlıq" əsasında  təşkil olunmuş "Dəyirmi masa" ətrafında

        Martın 9-da Bərdə və Ağdam RTŞ-lərinin Metodiki Xidmət Mərkəzinin nümayəndələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə”  5 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinə əsaslanaraq Tərtər RTŞ-nin iclas zalında “Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əasında qurulması” mövzusunda təşkil olunmuş “Dəyirmi masa”da iştirak ediblər.

        Tədbiri giriş sözü ilə açan Tərtər RTŞ-nin Metodiki Xidmət Mərkəzinin direktoru İntiqam Nuruyev ilk öncə qonaqları salamlayıb və əməkdaşlıq görüşündən məmnun qaldığını vurğulayıb.

        Sonra mövzu ətrafında fikirlər söylənilib, əməkdaşlıq əlaqələrinin genişlənməsi barədə diskusiya aparılıb, yeni təkliflər irəli sürülüb.

 

 


Açar sözlər: ,  ,  ,