16.02.2018

Bərdə, Ağdam və Tərtər rayonlarının gənc müəllimlərinin iştirakı ilə seminar keçirilib

        Fevralın 16-da  Bərdə, Ağdam və Tərtər rayonlarının gənc müəllimlərinin iştirakı ilə “Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə  uyğun inkişaf etdirmək” mövzusunda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin iclas zalinda seminar keçirilib.

        Seminarda Azərbaycan gənclərinin öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməsi, onların ölkədə gedən proseslərin önündə olması vurğulanıb, gənc müəllimlərin gördükləri işlər və qarşılaşdıqları problemlər müzakirə olunub.

 


Açar sözlər: