12.03.2018

"Pedaqoji əməkdaşlıq əlaqələrinin təşkili" çərçivəsində Bərdə, Tərtər və Ağdam RTŞ-nin "Açıq qapı" günündə görüşü

                Martın 12-də "Pedaqoji əməkdaşlıq əlaqələrinin təşkili" çərçivəsində Tərtər şəhər 2 nömrəli tam orta məktəbdə  “Açıq qapı” günü təşkil edilib.

                Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 5 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinə əsasən Bərdə, Ağdam və Tərtər RTŞ-lərinin nümayəndələri  “Açıq qapı” günündə iştirak edib, məktəbə baxış keçirib, dərsləri izləyib və dərs prosesi ilə tanış olublar.

                Ümumilikdə 4 dərs izlənildikdən sonra Bərdə, Tərtər və Ağdam Şəhər Təhsil İdarələrinin  nümayəndələri təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb, məktəbin pedoqoji kollektivi ilə birlikdə keçirilən dərsləri müzakirə ediblər.

   

 

 


Açar sözlər: ,