19.03.2018

Bərdə məktəblilərinin əsgərlərə Novruz töhfəsi

        Martın 19-da Bərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları ənənəvi olaraq "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gediblər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara Bərdə məktəblilərinin hazırladıqları bayram sovqatlarını çatdırıblar.

        Əməkdaşlarımız  Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıblar.


Açar sözlər: ,