19.03.2018

Novruz bayramı münasibəti ilə şənlik keçirilib

    Martın 18-də Bərdə rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə şənlik keçirilib.

Tədbir Bərdə Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin Novruz bayramı və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları əl işləri, rəsm tabloları, Novruzla bağlı mərasimlər, adət-ənənələr nümayiş olunub.

    Tədbir konsert proqramı ilə davam edib.


Açar sözlər: ,  ,