30.03.2018

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilib

        Martın 29-da Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin idman meydançasında Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilib.
        Finalda zona mərhələsinin qalibləri olmuş məktəblərin komandaları iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışda Şəhid Alı Mustafayev adına şəhər 5 №li tam orta məktəbin komandası I yeri, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin komandas II yeri, N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin komandası isə III yeri tutublar.
        I,II,III yerləri tutmuş və mərhələlərdə fərqlənmiş komandalar Bərdə Rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.
Final mərhələsinin qalibi, şəhid Alı Mustafayev adına şəhər 5 №li tam orta məktəbin komandası 2018-ci ilin aprel ayında Naftalan şəhərində keçiriləcək Respublika birinciliyinin zona mərhələsində iştirak etmək hüququ qazanib.


Açar sözlər: ,