31.03.2018

31 Mart soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bərdə Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı”na əsasən, məktəblərdə mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs və məşğələlər təşkil edilib.

Məktəblərdə, həmçinin divar qəzetləri, stend və guşələr hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgi, sənədli və bədii filmlər nümayiş olunub.Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi barədə şagirdlərə məlumat verilib.

Məktəblərdə təşkil olunan tədbirlərdə şagirdlər 31 Mart hadisələrinə həsr edilən şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar göstəriblər.


Açar sözlər: ,  ,  ,