Aprelin 9-da Bərdə rayon Yenidaşkənd kənd tam orta məktəbdə 9-cu sinif şagirdləri üçün sınaq imtahanı keçirilib.
İmtahanının keçirilməsinin məqsədi münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsilə şagirdlərin dil və riyazi biliklərini, bacarıq və vərdişlərini yoxlamaqdır. Qeyd edək ki, sınaq imtahanları həçinin şəgirdlərin həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün şərait yaradır.
Şagirdlər 2 fəndən 60 test tapşırığını cavablandırıblar. İmmtahan suallarının 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanıb. Sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb