06.04.2018

Bərdə Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

              Aprel ayının 5-də Bərdə Rayon Təhsil Şöbəsində məktəb direktorlarının iştirakı ilə növbəti təhsilyanı şura iclası keçirilib. İclasda mart ayı üçün RTŞ-nin fəaliyyət planı üzrə məktəblərdə aparılmış monitorinq və yoxlamaların nəticələri müzakirə olunub.
            İclas zamanı aparıcı məsləhətçilər və metodislər tərəfindən ak.Z.Əliyeva adına məktəb-liseydə, şəhər 2 nömrəli, Kələntərli, Bəcirəvan kənd tam orta məktəblərdə tədrisin vəziyyətinin monitorinqi, Əmirli və Xanərəb kənd tam orta məktəblərində I-IX siniflərdə kurikulum tədrisi vəziyyəti, Xanqaraqoyunlu və Samux kənd tam orta məktəblərin monitorinqi, məktəbdaxili olimpiadanın keçirilməsi və nəticəsi məsələsi, vətəndaşların əzirə və şikayətlərinə baxılması vəziyyəti müzakirə olunub.
              İclasın gündəliyində olan və müzalirə edilən məsələlərlə bağlı aidiyyatı üzrə məktəb direktorlarının fikirləri dinlənilib. Sonda qərar layihəsi oxunub.

 

 


Açar sözlər: ,