13.04.2018

Cəfər Cabbarlının yaradıcılıq gecəsi keçirilib

        Aprelin 13-də Şorəlli kənd tam orta məktəbdə  görkəmli dramaturq, şair, publisist Cəfər Cabbarlının yaradıcılıq gecəsi keçirilib. Tədbirdə RTŞ-nin metodistləri S.Vəliyeva və Z.Hümbətova, məktəbin direktoru G.Əliyeva və müəllim kollektivi iştirak edib.

       Gecədə C.Cabbarlının "Oktay Eloğlu" və "Solğun çiçəklər" pyeslərindən hissələr səhnələşdirilərək təqdim edilib. Şagirdlər müəllifin "Ölkəm", “Ana” və " Mən bir solmaz yarpağam ki..." şeirlərini səsləndirib və şairin həyat və yaradıcılığından geniş məlumat veriblər.


Açar sözlər: ,  ,  ,