Aprelin 17-də şəhər 5 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəbləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərindən 52 nəfər IX-XI sinif şagirdləri iştirak edib.
Müsabiqənin məqsədi şagirdlərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirməkdir.
Müsabiqənin qalibləri müəyyən edilərək, diplom və hədiyyələrlə mükafatlandırılacaq.