Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.
Aprelin 7-də keçirilən yarımfinal mərhələsində Bərdə rayon ümumtəhsil məktəblərindən 73 şagird iştirak edib və onlardan 8 nəfəri final turuna vəsiqə qazanıb.
Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.