19.04.2018

"Açıq qapı" günü keçirilib

       Aprelin 19-da Şorəlli kənd tam orta məktəbdə "Açıq qapı" günü keçirilib. Tədbirdə Bərdə Rayon Təhsil Şöbəsinin işçiləri və digər məktəblərin müəllimləri iştirak edib, məktəbin tarix, fizika riyaziyyat müəllimlərinin nümunəvi dərslərini dinləyiblər. Dərslərdən sonra qonaqlar məktəbin ümumi vəziyyəti ilə tanış olub, şagirdlərin əl işlərindən ibarət sərgiyə nəzər salıblar.

            Tədbir dəyirmi masa ətrafında, keçirilən dərslərin müzakirəsi ilə başa çatıb.


Açar sözlər: ,  ,