25.04.2018

  “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat festivalı keçirilib

                Aprelin 20-dən başlayaraq Bərdə rayon üzrə “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yarış keçirilib. Yarış beş gün ərzində davam edib. Turnirdə 48 nəfər şagird iştirak edib və hər məktəbdən 3-ü oğlan, 3-ü qız olmaqla 6 şagird qatılıb.

               Oyunun nəticələrinə əsasən şəhər 8 nömrəli məktəbin komandası I, şəhər 3 nömrəli məktəbin komandası II, şəhər 2 nömrəli məktəbin komandası isə III yerə layiq görülüb. Turnirdə yüksək nəticə göstərən şagirdlər Bakı şəhərində keçiriləcək Respublika turuna vəsiqə qazanıblar.

        Yarışın keçirilməsində əsas məqsəd “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək və şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmlənirməkdir.


Açar sözlər: ,