25.04.2018

"Coca-Cola Məktəbli kuboku" yarışlarının rayon mərhələsi başa çatıb

            Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərin VII sinif şagirdləri arasında təşkil olunmuş "Coca-Cola Məktəbli kuboku" yarışlarının rayon mərhələsi başa çatıb.

               Yarış şəhər 7 nömrəli məktəbin stadionunda keçirilib. 10 gün ərzində davam edən turnirdə 60 komanda iştirak edib.

               Şəhər 3 nömrəli və Kətəlparaq kənd tam orta məktəblərini təmsil edən komandalar qalib gələrək Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Yarışın sonunda qalib komandalar mükafatlandırılıb.


Açar sözlər: ,