Aprelin 27-də Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.Behbudov adına şəhər 6 nömrəli tam orta mektebində “Narkomaniya və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan direktor Elşad Məmmədov narkomaniyanın zərərləri haqqında və ona aludə olmuş insanların faciəvi həyatı barədə məlumat verib.
RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili işin qrupunun inspektoru Vüsalə Əzimova çıxışında respublika üzrə narkomaniya ilə bağlı statistik rəqəmləri açıqlayaraq gənclərimizi narkomaniyaya qarşı mübarizədə fəal olmağa çağırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.