30.04.2018

Z.Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

                  Aprelin 28-də Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə görkəmli oftalmoloq alim Z.Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

                     Tədbirdə RayonTəhsil Şöbəsinin, İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının əməkdaşları, rayonun təhsil işçiləri, müəllim və şagirdlər iştirak ediblər.

                  İştirakçılar əvvəlcə akademik Zərifə Əliyevanın məktəb-liseyin həyətindəki büstü önünə gül dəstələri düzüb, görkəmli oftalmoloq alimin xatirəsini ehtiramla yad edib, görkəmli alimin şərəfinə hazırlanmış videoçarxa tamaşa ediblər.

                       Tədbirdə çıxış edənlər görkəmli alimin keçdiyi mənalı həyat yolu, fəaliyyəti, oftalmologiya elminin inkişafındakı xidmətlərindən bəhs ediblər. 

                   Sonda Akademik Z.Əliyeva adına məktəb liseyin şagirdlərinin ifasında görkəmli alimə həsr olunmuş musiqili kompozisiya nümayiş olunub, mahnı, şer, musiqilər səsləndirilib.


Açar sözlər: ,  ,