01.05.2018

Məktəblilər arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub

               Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş məktəblilər arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub.

                 Aprelin 26-da start verilən birincilik Bərə Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan partiyası və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib. Yarışlarda rayonun  ümumi təhsil məktəblərindən 16 komanda qələbə uğrunda mübarizə aparıb.

               Birinciliyin yekun nəticələrinə əsasən Muğanlı kənd tam orta məktəbin komandası I, şəhər 5 nömrəli tam orta məktəbin komandası II, şəhər 8 nömrəli məktəbin komandası isə III yeri tutub.
Qalib komanda Rayon Təhsil Şöbəsi  tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.


Açar sözlər: ,