01.05.2018

V-XI sinif şagirdlərin valideynləri ilə görüş keçirilib

                   Mayın 1-də Şahvəlilər kənd tam orta məktəbində "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində V-XI sinif şagirdlərin valideynləri ilə görüş keçirilib.
               Görüşdə məktəbin direktoru Həsrət Hümbətov təhsil sahəsində keçirilən islahatlar, məktəbdə yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin dərsə davamiyyəti, məktəblilərin ixtisas və ya peşə seçimi, məktəb kitabxanalarının fəaliyyəti, uşaqların mütaliə vərdişlərinin artırılması, məktəbin təminat və təchizatı, müəllim-şagird-valideyn münasibətləri və digər müvafiq məsələlərdən danışıb, valideyn-məktəb əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində mühüm rolu olduğunu bildirib.
                  Tədbirdə məktəbin müəllimlərinə və valideynlərə də söz verilib. Onlar müzakirə edilən məsələlərdən bəhs edib, belə görüşlərin əhəmiyyətindən danışıblar.


Açar sözlər: ,