27.04.2018

“Narkomaniyaya yox deyirik” mövzusunda rəsm və “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda inşa yazı müsabiqələri keçirilib.

            Aprelin 27-də F.Muradov adına Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə Bərdə Rayon Təhsil Şöbəsi və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon məktəblərinin IX-XI sinif şagirdləri arasında “Narkomaniyaya yox deyirik” mövzusunda rəsm və “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda inşa yazı müsabiqələri keçirilib.

            Müsabiqələrdə Bərdə RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərindən 45 nəfər şagird iştirak edib.

               Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən, bu ümumbəşəri bəlanın mənəviyyatımıza zidd olduğundan, ailələrə, gələcək genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizənin birgə aparılmasının vacibliyindən danışıb. Rayon Təhsil şöbəsinin metodisti Sədiqə Vəliyeva müsabiqənin şərtləri barədə geniş izahat verib. Qalıb gələn şagirdlərə Bərdə Rayon Təhsil Şöbəsi və Gənclər və İdman idarəsinin hədiyyələri və müvafiq dərəcəli diplomları  təqdim olunub.


Açar sözlər: ,  ,