Mayın 7-də Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Bərdə rayonu Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış əl işlərindən ibarət “ Heydər Əliyev – 95 ”adlı sərgi təşkil olunub.
Təhsil işçiləri, ictimaiyyət nümayəndələri və incəsənət həvəskarlarının qatıldıqları tədbirdə Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə RTŞ-nın müdiri Rzaqulu Şərifov, rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və Bərdənin Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova çıxış edərək, sərginin ulu öndərin doğum günü ilə əlaqədar Bərdə rayonunda həyata keçirilən silsilə tədbirlərdən biri olduğunu nəzərə çatdırıb, ümummilli liderimizin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, ulu öndərin xatirə günləri çərçivəsində təşkil olunan bu sərgi uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması və inkişaf etdirilməsinə müsbət təsir göstərəcəkdir.