Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində “Reproduktiv sağlamlığın tədrisi”adlı maarifləndirici seminarlar keçirilib.
Seminarların keçirilməsində əsas məqsəd qızların sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Məktəb psixoloqları, valideynlər və VI-VII sinif qızlarının iştirakı ilə keçirilmiş seminarlarda biologiya müəllimləri çıxış edərək reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verib, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirici söhbətlər apararaq verilən sualları cavablandırıblar.