16.05.2018

Məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib

                  Mayın 16-da Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri arasında idmanın voleybol növü üzrə rayon birinciliyi keçirilib.

                Yarış şəhər 7 nömrəli tam orta məktəbin idman zalında təşkil olunub və rayonun 8 güclü komandası  üzrə 96 şagird oyunlarda iştirak edib.

                   Keçirilmiş rayon birinciliyində Xanqaraqoyunlu kənd tam orta məktəbi təmsil edən komanda I, Qaradırnaq kənd tam orta məktəbi təmsil edən komanda II, Mehdixanlı kənd tam orta məktəbi təmsil edən komanda isə III yerə layiq görülüb.

                     Qalib komandalar həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,