18.05.2018

Şagirdlər Tarix Diyarşunaslıq və Heydər Əliyev muzeylərinə ekskursiya ediblər

                     Mayın 17-də Bərdə şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə Heydər Əliyev və Tarix Diyarşunaslıq muzeylərinə ekskursiya ediblər.  Ekskursiyada məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər.

                   Muzeyin əməkdaşları şagirdlərə muzey haqqında geniş məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev Muzeyinin özünəməxsus səciyyəvi cəhətlərindən biri burada ulu öndərin muzeyin yerləşdiyi regionla əlaqələrinə dair xeyli eksponatların mövcud olmasıdır.

            Bərdə Tarix-Diyarşünaslıq muzeyi isə qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə muzeydə həm ölkəmizin, həm də rayonun tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır. Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri də ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır.


Açar sözlər: ,  ,