Mayın 22-də Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə Fövqaladə Hallar Nazirliyii Qarabağ Regional mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərini daha da təkmilləşdirmək olub.
Görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, Bərdə rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və IX-XI sinif şagirdləri iştirak ediblər.
Görüşdə fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumat verilmiş, “Sel və daşqınlar”, “Dəm qazı”, “Məişətdə civə dağılmaları”, “Hidrodinamik qəzalar”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında məruzələr edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.