Mayın 23-də Bərdə Rayon Təhsil Şöbəsinin iclas zalında növbəti təhsilyanı şura iclası keçirilib. İclasda Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları və RTŞ-nin məsul işçiləri iştirak edib.
Keçirilmiş təhsilyanı şura iclasında RTŞ-nin aparıcı məsləhətçisi Abbas Abbasov məktəblərdəki şagird-məzun sistemindəki ən son vəziyyətlə bağlı çıxış edərək məktəb direktorlarına tapşırıqlar verib. Daha sonra iş planına əsasən RTŞ-nin müdiri Rzaqulu Şərifov və aparıcı məsləhətçilər tərəfindən Mehdili kənd tam orta məktəbində aparılmış tədrisin monitorinqi, şəhər 7 nömrəli və Soğanverilər kənd tam orta məktəblərində normativ sənədlərin icrası vəziyyəti, Muğanlı və Uğurbəyli kənd tam orta məktəblərində tədrisin monitorinqi və 1 nömrəli Hacallı kənd tam orta məktəbdə IX və XI sinif şagirdlərinin buraxılış imtahanına hazırlığı vəziyyəti ilə bağlı aparılmış yoxlamaların nəticələri müzakirə edilib.
Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, məktəb direktorlarına aidiyyatı üzrə tapşırıqlar verilib.