Bərdə rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyət göstərən ümumtəhsil məktəblərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.
Tədbirlər, dəyirmi masa, rəsm, inşa müsabiqələri, müxtəlif idman yarışları, əl işləri sərgiləri, fləşmoblar və s. formatlarda təşkil olunur.
Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyəti yaranması, ölkəmizin şanlı tarixinin bu mərhələsi və bu tarixi yazan görkəmli şəxsiyyətlər barədə məktəblilərə ətraflı məlumatlar verilib, videoçarxlar izlədilib, müxtəlif fəaliyyətlərlə şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və tariximizin gənc nəslin yaddaşına həkk olunması işi həyata keçirilib.