29.05.2018

"Açıq qapı" günü keçirilib

               Mayın 29-da Kətəlparaq kənd məktəbinin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində "Açıq qapı" günü keçirilib.

            “Açıq qapı” günündə Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, Metodiki Xidmət Mərkəzinin direktoru Xuraman Qurbanova, metodistlər və digər məktəblərin fənn müəllimləri məktəbə baxış keçirib, dərsləri izləyiblər.

          "Açıq qapı" günündə Azərbaycan dili, Azərbaycan tarixi, Ana dili, fizika və kimya fənləri üzrə nümunəvi dərslər keçirilib.

          Ümumilikdə, 6 dərs izlənildikdən sonra Rayon Təhsil Şöbəsi Metodik Mərkəzin metodistləri məktəbin pedoqoji kollektivi ilə birlikdə keçirilən dərsləri müzakirə ediblər.

               Qeyd edək ki, "Açıq qapı" günlərinin təşkil edilməsinin əsas məqsədi məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır.


Açar sözlər: ,  ,