25.05.2018

”Doğma Azərbaycanım” mövzusunda şeir müsabiqəsi keçirilib

              Mayın 24-də şəhid Alı adına şəhər 5 №li tam orta məktəbdə Bərdə Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 28 may Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ”Doğma Azərbaycanım” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqədə 8 şəhər və 2 kənd məktəblərindən 35 nəfər şagird iştirak edib. Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin olunub
                1. Aydın Qasımov - Gənclər və İdman idarəsinin rəis müavini - sədr
                2. Sədiqə Vəliyeva - Təhsil şöbəsinin metodisti - üzv 
                3. Telman Hüseyn - şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü - üzv 
               Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov müsabiqə iştirakçılarını təşkilatçılar adından qarşıdan gələn bayram münasibəti ilə təbrik edib və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və fəaliyyətindən məlumat verib. 
                Qaliblərə təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli Diplomlar təqdim edilib.


Açar sözlər: ,  ,