Mayın 29-da Kətəlparaq kənd tam orta məktəbdə Bərdə Rayon Təhsil Şöbəsi və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ilə tədbir keçirilib.
Tədbirdə Bərdə rayon Gənclər və İdman idarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdən öncə qonaqlar məktəbin VII sinif şagirdləri arasında təşkil olunmuş futbol yarışında iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adib Salmanov çıxışında keçirilən tədbirin mövzusu haqqında məlumat verib, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğunu qeyd edib.
Qonaqlar və məktəbin tarix müəllimləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə geniş və ətraflı çıxış ediblər.
Sonra Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunub, şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda məktəbdə keçirilmiş futbol yarışının və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb.