01.06.2018

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

           İyunun 1-də Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Valideynlər, məktəblilər və qonaqların iştirak etdiyi tədbir proqramları böyük maraqla qarşılanıb.
                 Davam edən silsilə tədbirlərdə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü haqqında məlumat verilib, dövlətimizin uşaqlara göstərdiyi qayğıdan və bu səbəbdən qəbul edilmiş qərarlardan, uşaqların hüquqlarından danışılıb. Qonaqlar  uşaqları bayram günü münasibətilə təbrik ediblər və onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
                 Müxtəlif çıxışlardan sonra tədbirlər musiqili hissə ilə davam edib və uşaqların hazırladıqları kompozisiyalarla sona çatdırılıb.


Açar sözlər: ,  ,  ,